Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bakıda gimnastika zalı sökülür

Baxılıb: 947     Tarix: 11-09-2020 12:36   

Gimnastika növləri üzrə yığma komandaların məşq etdiyi Milli Gimnastika Arenası (MGA) ərazisindəki köməkçi zalın sökülməsinə qərar verilib.
Qanunvehedef.az xəbər verir ki, səbəb onun istifadə müddətini başa vurmasıdır. 2013-cü ildən fəaliyyət göstərən zalın ümumi sahəsi 6 000 kvadratmetrdir.
Xüsusi konstruksiya əsasında quraşdırılmış belə qurğuların istismar müddəti məhduddur və bir müddət sonra onlar artıq istifadəyə yararsız olur.
Xatırladaq ki, bu zal 2015-ci ildə keçirilmiş ilk Avropa Oyunları, həmçinin 2017-ci ildə təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunları zamanı əsas məşq bazası kimi fəaliyyət göstərib. Burada həm də Bakıya təlim-məşq toplanışlarına gəlmiş xarici ölkə gimnastlarının məşqləri keçirilib. Bundan başqa, köməkçi zalda ayrı-ayrı vaxtlarda gimnastika növləri üzrə yerli çempionat və birinciliklər də təşkil edilib.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar