Xəbər lenti
04/05/2026 [14:04]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

MN: Düşmənin S-300-ü MƏHV EDİLDİ

Baxılıb: 818     Tarix: 30-09-2020 09:11   

Dünən gedən döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu (ZRK) sıradan çıxarılıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən məlumat verilib.
Xatırladaq ki, dünən MN açıqlama yayaraq S-300 ZRK-ları ilə bağlı Ermənistana xəbərdarlıq etmişdi:
"Döyüşlərdə tətbiq edilməsi üçün Ermənistandan hərəkət edən S-300 ZRK işğal olunmuş ərazilərimizə daxil olduğu anda məhv ediləcək. Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən S-300 zenit-raket kompleksləri döyüş növbətçiliyindən çıxarılaraq işğal olunmuş ərazilərimiz istiqamətində hərəkət edir.
Bildiririk ki, onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir".
Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir.

Qanunvehedef.az



{sape_links}{sape_article}