Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

"Lerikdəki yol qəzası ilə bağlı sürücü 5 ildən 10 ilədək azadlıqdan məhrum oluna bilər"

Baxılıb: 621     Tarix: 05-09-2022 13:01   

Lerik rayonunda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Vəkil Hüseyn İsmayılovun açıqlamasına görə, sürücü ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda 5 ildən 10 ilədək azadlıqdan məhrum oluna bilər:
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 263.3-cü maddələrinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda isə beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Əməlin "Ehtiyatsızlıqdan" törədilməsi məsələsi isə Cİnayət Məcəlləsinin 26-cı maddəsi ilə təsvir olunur.
Ehtiyatsızlıq özündə iki növ əməli birləşdirir: Cinayətkarcasına özünəgüvənmə və cinayətkarcasına etinasızlıq.
Cinayətkarcasına özünəgüvənmə odur ki, şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir. Yol nəqliyyat hadisələrinə aid misal çəksək nəqliyyat vasitəsini yüksək sürətlə idarəetməni buna aid etmək olar. Belə ki, nəqliyyat vasitəsini yüksək sürətlə idarə edən şəxs bunun ictimai təhlükəli nətiəcəyə səbəb olacağını bilir, sadəcə təhlükəli vəziyyətdə bunun qarşısını alacağını hesab edir. Yəni cinayətkarcasına özünəgüvənir.
Cinayətkarcasına etinasızlıq isə odur ki, şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür. Yol nəqliyyat hadisələrinə aid misal çəksək nəqliyyat vasitəsini nasaz vəziyyətdə idarəetməni buna aid etmək olar. Misal üçün şəxs avtomobilinin tormoz sisteminin nasaz olduğunu və ya təkərlərinin yaxşı vəziyyətdə olmadığını bilir, üstəgəl bilir ki, bu nasazlıqla yol nəqliyyat hadisəsinə səbəb ola bilər, lakin etinasızlıq göstərərək nəqliyyat vasitəsini idarə edir.
263-1.3 və 263-1.4-cü maddəyə əsasən əgər sadalanan əməllər alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilərsə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda isə beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar