Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Vəzifəli şəxslər Füzulidə qəzaya düşdü

Baxılıb: 862     Tarix: 02-11-2022 10:31   

Füzuli rayonunda “Azərişıq” ASC-nin rəhbər şəxsləri qəzaya düşüb. 
Qanunvehedef.az-ın “Unikal”a istinadən məlumatına görə, qəza nəticəsində minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. Nəqliyyat vasitəsində olan şəxslər “Azərişıq” sədrinin müşaviri Bəhruz İsmayılov, Texniki nəzarət idarəsinin rəisi Arif Yusifov və onun müavini Samir adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Əldə etdiyimiz məlumata görə, hadisə oktyabrın 31-də baş verib. “Toyota Camry” və “VAZ 21015” markalı avtomobillər toqquşub. Qəza nəticəsində ciddi xəsarət alan olmayıb. 
“Azərişıq” ASC-dən faktı təsdiqləyiblər: ““Azərişıq” ASC-nin rəhbər heyəti tez-tez işğaldan azad edilmiş ərazilərə görülən işlərlə yerində tanış olmaq məqsədilə səfər edir. Bu qəza da Füzuli rayonuna səfər zamanı baş verib. Yolda digər avtomobilin ehtiyatsızlığı səbəbindən qəza baş verib və “Azərişıq” sədrinin müşaviri və idarə rəisinin olduğu avtomobil yoldan çıxıb. Hazırda həmin şəxslər evdədirlər və vəziyyətləri normaldır”.
***
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı sorğumuza cavab olaraq bildirib ki, oktyabr ayının 31-də Əhmədbəyli-Şuşa yolunda "Toyota" və "VAZ" markalı avtomobillərin iştirakı ilə qəza baş verib. Qəza zamanı avtomobillərdə olan şəxslərdən bir neçəsi yüngül dərəcəli xəsarətlər alıblar. Hazırda faktla bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.



{sape_links}{sape_article}