Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Hava limanına enən təyyarə yük maşını ilə toqquşub

Baxılıb: 595     Tarix: 19-11-2022 14:40   

Peruda hava limanına enən sərnişin təyyarəsinin eniş zolağının kənarında yük maşını ilə toqquşması nəticəsində ilkin məlumata görə, iki nəfər həlak olub.
Qanunvehedef.az xəbər verir ki, Latam Hava Yollarına məxsus sərnişin təyyarəsi paytaxt Limanın Xorxe Çaves Beynəlxalq Hava Limanına endikdən sonra yol kənarında yük maşınına çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Əraziyə çoxlu sayda yanğınsöndürən və xilasetmə qrupları göndərilib.
Sosial mediada əks olunan görüntülərdə qəzadan sonra təyyarənin mühərrikindən tüstü qalxdığı görülüb.
Hava limanı şirkətindən verilən açıqlamada, təyyarənin sağ qanadının yük maşınına dəydiyi və qəzanın səbəblərinin araşdırıldığı bildirilib.
Peru Yanğınsöndürmə Xidmətinin rəisi Luis Ponce La Jara toqquşma nəticəsində iki yanğınsöndürən həlak olduğunu açıqlayıb.
Səlahiyyətlilər təyyarədə neçə sərnişinin olduğu və qəzanın təsirindən neçə nəfərin yaralandığı barədə məlumat verməyib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar