Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bakının mərkəzində motosikletlə “Toyota” toqquşdu - Video

Baxılıb: 747     Tarix: 02-12-2022 11:15   

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində ümumilikdə 13 yanğına çıxış və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Qanunvehedef.az xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi təmin edilib.
Həmçinin Bakı şəhərinin Səbail rayonu, Neftçilər prospektində “Tufan” markalı motosiklet və “Toyota Corolla” markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzası baş verib və qəza nəticəsində motosikletin dəmir elementi sürücüsü - 1994-cü il təvəllüdlü Babayev Elşən Rövşən oğlunun ayağına nüfuz edib.
Xilasedicilərin operativ müdaxiləsi sayəsində vətəndaş xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar