Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycanda toya gedən ailə dəhşətli qəzaya düşdü - 3 nəfər öldü

Baxılıb: 558     Tarix: 09-01-2023 12:12   

Ötən gün Ağcabədi rayonunda ağır yol qəzası baş verib.
Qanunvehedef.az xəbər verir ki, Mingəçevir-Bəhramtəpə yolunun Xocavənd qəsəbəsi ərazisindən keçən 98-ci kilometrliyində “VAZ 2107” markalı avtomobil “Mercedes Atego” markalı yük maşınına çırpılıb.
Nəticədə “VAZ”da olan sərnişinlərdən 1999-cu il təvəllüdlü Nağıyev Uğur Məhəmməd oğlu, onun bacısı, Nağıyeva Əziz Məhəmməd qızı və onun həyat yoldaşı, Nağıyev Yasin Ənvər oğlu aldığı xəsarətlərdən vəfat edib.
Sürücü, 1993-cü il təvəllüdlü Nağıyev Yusif Məhəmməd oğlu və digər sərnişin Nağıyeva Təranə Mahmud qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, hadisəyə “VAZ 2107”nin idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkət edən yük maşınına çırpılması səbəb olub. Dəhşətli qəzaya düşən ailə üzvləri Beyləqan istiqamətində toya gedirmiş.
Faktla bağlı araşdırmalar aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar