Xəbər lenti
04/05/2026 [14:04]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Faciəli şəkildə ölən gömrük əməkdaşının FOTOSU

Baxılıb: 926     Tarix: 01-07-2024 13:27   

Xəbər verdiyimiz kimi, Şabran rayonunda Dövlət Gömrük Komitəsinin əməkdaşları qəzaya düşüb. Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Əmirli Vahid Seymur oğlu həlak olub.
BAKU.WS xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, V.Əmirli Samur Gömrük Postunun mühafizə şöbəsinin əməkdaşı olub.


Şabran rayonunda baş verən ağır yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb.
Qanunvehedef.az report-a istinadən xəbər verir ki, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "SHACMAN" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub.
Belə ki, hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Vəliyeva Pəri, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qəza zamanı aldığı xəsarətlərdən ölən 1994-cü il təvəllüdlü Əmirli Vahid Seymur oğlunun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Qəzaya düşənlərin Gömrük Komitəsinin əməkdaşları olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Qanunvehedef.az



{sape_links}{sape_article}