Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

AFFA Ərsun Yanala təklif göndərəcək

Baxılıb: 1 119     Tarix: 04-03-2020 15:19   

Azərbaycan millisinin baş məşqçisi postuna ən real namizəd Ərsun Yanaldır.
Apasport.az saytının məlumatına görə, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.
Qonşu ölkə KİV-nin yaydığı informasiyaya əsasən, Abdullah Avcı ilə danışıqları uğursuz alınan AFFA diqqətini Yanala yönəldib. Dünən “Fənərbaxça”dan ayrılan və hazırda işsiz olan Yanalla danışıqlara tezliklə start veriləcək. Həmkarlarımız assosiasiya rəhbərliyinin tezliklə 59 yaşlı mütəxəssislə əlaqə saxlayacağını və rəsmi təklif göndərəcəyini vurğulayıblar.
Yanalın adı hələ yanvar ayında da yığmamızla birgə hallanmış, lakin onun “Fənərbaxça”da olması AFFA rəhbərliyini geri addım atmağa vadar etmişdi.
Qeyd edək ki, millimizə digər namizədlər Covanni De Byazi və Çesare Prandelli göstərilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar