Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Qalatasaray” “Rizəspor”a uduzub

Baxılıb: 1 792     Tarix: 15-06-2020 11:45   

“Qalatasaray” “Rizəspor”a uduzub Clock-gray 00:15 calendar-gray 15 İyun 2020 A- A+ Türkiyə Super Liqasında XXVII tur davam edir.
Apasport.az saytının məlumatına görə, turun daha üç oyunu baş tutub.
Turnir cədvəlinin ikinci yarısında qərarlaşan “Gənclərbirliyi” və “Konyaspor”un duelində 3 qol vurulub. Ankara təmsilçisi 2:1 hesablı qələbə ilə təhlükəli zonadan uzaqlaşıb.
Son çempion “Qalatasaray” titulunu qorumaq yolunda növbəti zərbə alıb. Oyunun əvvəlində zədələnən qapıçı Fernando Musleranı itirən İstanbul təmsilçisi Super Liqada qalmağa çalışan “Rizəspor” qarşısında da aciz qalıb.
“Qaziantep” isə autsayderlərdən biri “Ankaragücü” ilə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
Türkiyə Super Liqası
XXVII tur
14 iyun
“Gənclərbirliyi” – “Konyaspor” – 2:1 
Sio, 59, Özdəmir, 83 – Yevtoviç, 62
“Rizəspor” – “Qalatasaray” – 2:0 
Şkoda, 42, Torun, 53
“Qaziantep” – “Ankaragücü” – 1:1 
Maksim, 25 (pen.) – Skarione, 51



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar