Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

"Mançester" və "İnter" də növbəti mərhələdə

Baxılıb: 1 263     Tarix: 06-08-2020 07:49   

İyulun 5-də UEFA Avropa Liqasında mövsümün yarımçıq qalmış bölümü bərpa olunub.
Qanunvehedef.az xəbər verir ki, ilk olaraq, səkkizdəbir final mərhələsinin iki cavab görüşü keçirilib. Hər iki qarşılaşmada eyni hesab qeydə alınıb.
Türkiyənin yeganə təmsilçisi "Başakşehər" Danimarkada "Kopenhagen"in qonağı olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hesabı 4-cü dəqiqədə Yonas Vinn açıb. Matçın 52-ci dəqiqəsində Vinn dəqiq penalti zərbəsi ilə "dubl" edib. Matçda son nöqtəni isə 62-ci dəqiqədə Rasmus Falk qoyub.
Beləliklə, Türkiyə çempionu iki görüşünün yekunu olaraq mübarizəni dayandırıb. Martın 12-də keçirilmiş ilk matçda "Başakşehir" 1:0 hesabı ilə qalib gəlmişdi.
Mərhələni adlayan digər komanda isə Ukrayna "Şaxtyor"u olub. Donetsk klubu Kiyevdəki cavab görüşündə Almaniyanın "Volfsburq" klubunu yenib - 3:0. Hesabı 89-cu dəqiqədə Junior Moraeş açıb. 90+1-ci dəqiqədə Manor Solomon fərqlənib. Qarşılaşmanın 90+3-cü dəqiqədə isə Moraeş son nöqtəni qoyub. İlk görüşdə də "Şaxyor" qələbə qazanmışdı - 3:1.
Qeyd edək ki, "Kopenhagen" dörddəbir finalda LASK (Avstriya) - "Mançester Yunayted" (İngiltərə) cütünün, "Şaxtyor" isə "Ayntraxt" (Frankfurt, Almaniya) - "Bazel" (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq.
***
Avropa Liqasında 1/4 finala yüksələn daha 2 komandanın adı bəlli olub.
"Mançester Yunayted" Avstriyada 5:0 hesabı ilə yendiyi LASK klubunu evdə də məğlub edib - 2:1.
"İnter" isə neytral meydanda - Almaniyanın Gelzenkirxen şəhərindəki "AufŞalke Arena"da İspaniya "Xetafe"si üzərində inamlı qələbə qazanıb - 2:0.
Bu nəticələrdən sonra "Mançester Yunayted" və "İnter" növbəti mərhələyə yüksəlib.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar