Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

PSJ-dən möhtəşəm geridönüş

Baxılıb: 1 267     Tarix: 13-08-2020 08:12   

Avqustun 12-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə “Paris Sen-Jemen” (Fransa) - “Atalanta” (İtaliya) oyunu ilə start verilib.
Qanunvehedef.az xəbər verir ki, Lissabondakı “Estadio da Luz” stadionunda baş tutan görüş “Paris Sen-Jermen”nın qələbəsi ilə başa çatıb - 2:1.
Oyunda hesabı “Atalanta” 27-ci dəqiqədə Mario Paşaliç sayəsində açıb.
Fasilədən sonra fransızların qol vurmaq şansı olsa da hesab dəyişilməyib.
Matçın 90-cı və 90+2-ci dəqiqələrində “Paris Sen-Jermen” geridönüş edərək ardıcıl iki qol vuraraq vacib qələbə qazanıb.
Qolları müvafiq olaraq Markinyos və Erik Maksim Şupo-Motinq vurub.
Bu qələbə sayəsində “Paris Sen-Jermen” qitənin ən nüfuzlu klub turnirinin yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Paytaxt təmsilçisi yarımfinalda “Letptsiq” (Almaniya) - “Atketiko Madrid” (İspaniya) oyunun qalibi ilə qarşılaşacaq. Həmin oyun avqustun 13-də Bakı vaxtı ilə saat 23:00-da başalacaq.
Dörddəbir final mərhələsinin digər oyunlarında “Barselona” (İspaniya) - “Bavariya” (Almaniya) və “Mançester Siti” (İngiltərə) - “Lion” (Fransa) üz-üzə gələcəklər. Həmin oyunlar isə müvafiq olaraq avqustun 14-15-də təşkil olunacaq.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının qarşılaşmaları “8-lər finalı” formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılır.шаблоны для dle 11.2



Ən çox oxunanlar