Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Millimizin legionerləri Bakıya necə gələcək?

Baxılıb: 1 502     Tarix: 24-08-2020 13:35   

Azərbaycan yığma komandasının legioner futbolçularının UEFA Millətlər Liqası qarşılaşmalarında iştirak üçün Bakıya səfərləri ilə bağlı heç bir problem olmayacaq. Qanunvehedef.az Sport24.az istinadən xəbər verir ki, bu barədə yığmanın baş administratoru İslam Abbasov məlumat verib.
 
O bildirib ki, baş məşqçi Canni De Byazi xarici klublarda çıxış edən milli üzvlərindən kimləri yığmaya çağırsa, həmin oyunçular əvvəlki qaydada gələ biləcəklər: "Hələlik mövcud vəziyyətlə bağlı problemlə rastlaşmamışıq. Hansısa oyunçuya dəvət göndərilsə, uyğun reyslər tapılacaq. Birbaşa reyslər olmasa da, tranzit reyslər var. Hansısa oyunçudan çarter reysi göndərməyə ehtiyac da yoxdur. Bu yöndə hansısa problem də olmamalıdır, reyslərə də baxmışıq. Türkiyənin İstanbul, Almaniyanın Frankfurt şəhərlərindən Bakıya reyslər var, tapmaq olur".  
 
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar