Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

AVRO-2020-də ilk finalçı müəyyənləşir: İtaliya və İspaniya qarşı-qarşıya

Baxılıb: 692     Tarix: 06-07-2021 11:40   

Bu gün AVRO-2020-də turnirin yarımfinal mərhələsinə start veriləcək.
Qanunvehedef.az xəbər verir ki, turnirin əsas favoritlərindən olan İtaliya İspaniya ilə qarşılaşır.
Komandalar indiyədək 37 dəfə qarşılaşıb. Hər komanda 11 dəfə qələbə qazanıb, 15 dəfə isə heç-heçə qeydə alınıb.
Komandalar indiyədək Avropa çempionatlarında altı dəfə qarşılaşıb. Bunlardan 2-də İtaliya, 1-də İspaniya qalib gəlib, 3 matçda heç-heçə olub. İspaniyanın əsas vaxt hesabında qalib gəldiyi yeganə qarşılaşma 2012-ci ildə baş verib. Onda İspaniya qrupdakı ilk oyununda 1:1 oynadığı rəqibinə Kiyevdəki finalda 4:0 qalib gəlib və bununla da turnirin həlledici görüşlərində ən böyük hesablı qələbəyə imza atıb.
Bu iki komanda sonuncu dəfə 2017-ci ildə dünya çempionatının seçmə mərhələsində qarşılaşıb. İspaniya 3:0 qalib gəlib.
İtaliya millisində müdafiəçi Leonardo Spinatsola dabanında, İspaniya yığmasında yarımmüdafiəçi Pablo Sarabia bud nahiyəsindəki zədəyə görə oynaya bilməyəcək.
AVRO-2020
1/2 final
23:00 İtaliya – İspaniya
Baş hakim: Feliks Brıx (Almaniya)
London. "Uembli" stadionuшаблоны для dle 11.2



buy yes2win seo ranking