Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Məmmədyarov Kasparovu yenə mat etdi

Baxılıb: 315     Tarix: 09-09-2021 11:42   
Şahmat üzrə “Champions Showdown: Chess 9LX” turnirinə start verilib.
Qanunvehedef.az xəbər verir ki, 10 şahmatçının yarışdığı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir.
Artıq ilk üç turun görüşü keçirilib. Şəhriyar Məmmədyarov I turda Hikaru Nakamuraya (ABŞ) qalib gəlib. O, II turda Maksim Vaşye-Laqrava (Fransa) uduzub. “Şah” III turda keçmiş dünya çempionu Harri Kasparov (Rusiya) üzərində qələbə qazanıb.
Bu nəticədən sonra Məmmədyarov 2 xalla üçüncü sırada qərarlaşıb. İlk sırada 2,5 xalı olan Fabiano Karuanadır (ABŞ).
Qeyd edək ki, bu gün Şəhriyar Məmmədyarov Vesli So (ABŞ), Leynyer Dominqes Peres (ABŞ) və Sem Şənkləndlə (ABŞ) matç keçirəcək.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar