Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Turnir yekunlaşdı, Günay 10-luqdan kənarda qaldı

Baxılıb: 413     Tarix: 22-09-2021 09:36   

Şahmat üzrə “Hou Yifan Challenge” turnirinin son 4 turunun oyunları keçirilib.
Qanunvehedef.az xəbər verir ki, Yudit Polqarın komandasında yer alan Azərbaycanın qadınlardan ibarət milli komandasının lideri Günay Məmmədzadə günün birinci qarşılaşmasında – 14-cü turda Yahli Sokolovskiyə (İsrail) qalib gəlib, növbəti turda Tingjie Lei (Çin) ilə heç-heçə edib, son iki turda isə Avonder Liang (ABŞ) və Volodar Murzinə (Rusiya) uduzub.
Şahmatçımız 17 turda əldə etdiyi 5 xalla 14-cü yerdə qərarlaşıb. Turnirin qalibi 13,5 xalla almaniyalı Vinsent Keymer olub.
Turnirdə iki - Yudit Polqar və Vladimir Kramnikin komandalarının heyətində ümumilikdə 17 şahmatçı mübarizə aparıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar