Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Bu, ona minnətdarlıq borcum idi” - Mahir Emreli

Baxılıb: 565     Tarix: 05-11-2021 11:18   

“Uğurlu nəticəyə ümid edirdik. Qrup mərhələsinə yaxşı başladıq, lider idik. Amma “Napoli”nin gücü hamıya bəllidir. İtaliya çempionatında çox yaxşı çıxış edən komandaya qarşı oynadıq. Ağır matç oldu”. Bu sözləri “Legiya”da çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli deyib.
O, Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Polşa təmsilçisinin “Napoli”yə 1:4 hesablı məğlubiyyətindən və vurduğu qoldan danışıb:
“Penaltilər uduzmağımıza gətirib çıxardı. Tez yorulduq, bəlkə də gücümüz bitib. Rəqib keyfiyyətli komanda idi və vurulan qollarda bu özünü göstərdi. Öz qoluma görə isə sevincliyəm. Lakin uduzmuşuqsa, qol o qədər də əhəmiyyət kəsb etmir. Səhvlərimiz üzərində işləməliyik. Gələcəyə nikbin baxırıq. 6 oyundur fərqlənə bilmirdim. Yeni baş məşqçinin güvənini hiss etdim, onun sözləri məni daha yaxşı mübarizəyə sövq edir. Bu ona minnətdarlıq borcum idi”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar