Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Hücumçu 2 dəfə qapıçı oldu, komandası penaltilərdə mərhələ adladı - Video

Baxılıb: 458     Tarix: 02-12-2021 12:17   

Türkiyə Kubokunda keçirilən “Hatayspor” – “Eyüpspor” matçında maraqlı hadisə yaşanıb.Qanunvehedef.az xəbər verir ki, hataylıların iki qapıçısı da qırmızı vərəqə aldığı üçün iki dəfə qapını hücumçu Mame Diuf qoruyub. 
Əvvəlcə, qarşılaşmanın 90+4-cü dəqiqəsində Abdullah Yigiter qırmızı vərəq alıb. “Hatayspor” 5 oyunçu dəyişikliyi limitini istifadə etdiyi üçün Mame Diuf qapıya keçib.
Oyun əlavə vaxtda keçdiyi üçün meydan sahiblərinin daha bir dəyişiklik haqqı yaranıb. Nəticədə baş məşqçi qapıçı Yavuz Buğra Boyarı meydana buraxıb. Lakin o da 120+1-ci dəqiqədə meydandan qovulub. Mame Diuf penaltilər seriyasında da qapıçı olmaq məcburiyyətində qalıb.
Buna baxmayaraq “Hatayspor” penaltilər seriyasında 6:5 qalib gələrək növbəti mərhələyə adlayıb.







Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar