Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Mahir Emreli üzr istədi

Baxılıb: 251     Tarix: 13-12-2021 10:24   

Polşanın “Legiya” klubunun futbolçusu Mahir Emreli çempionatda “Visla”ya uduzduqları matçdan sonra açıqlama verib.
Qanunvehedef.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan forvard 0:1 hesabı ilə məğlub olduqları oyunla bağlı bunları deyib:
“İndi nəsə demək çətindir. Bu, “Legiya” tarixində bir ilkdir. Həddindən artıq çox oyun uduzduq. Daha əvvəl belə bir seriyanın olduğunu xatırlamıram. Döyüşdük, amma xeyri olmadı. Səbəbinin nə olduğunu bilmirəm. Kimsə desə ki, biz döyüşmürük, bu fikirlə razı deyiləm. Top iki metrdən qapıya girmir.
Daha nə deyəcəyimi bilmirəm. Ancaq üzr istəyə bilərəm. Bu vəziyyətdə üzr istəmək bir məna kəsb eləmir. İlin sonuna kimi iki oyunumuz var, diqqətimizi cəmləyib qələbə qazanmalıyıq. Hər kəsdən bir daha üzr istəyirəm”.
Qeyd edək ki, “Legiya” Polşa Ekstraklasasında sonuncu sıradadır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar