Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Qarabağ” üçün uğursuz fransızlar - Qələbə yoxdur

Baxılıb: 172     Tarix: 14-12-2021 11:36   

“Qarabağ” UEFA Konfrans Liqasında ilk pley-off mübarizəsində Fransa “Marsel”i ilə qarşılaşacaq.
Qanunvehedef.az xəbər verir ki, bu Azərbaycan təmsilçilərinin klub səviyyəsində fransa klubları ilə 11-ci qarşılaşması olacaq. İndiyə qədər təmsilçilərimiz bu ölkənin komandaları ilə 10 dəfə qarşılaşıb. Azərbaycan komandaları bu oyunların yalnız 1-də qələbəyə sevinə bilib. Digər qarşılaşmaların 4-də heç-heçə qeydə alınıb, 5 dəfə isə klublarımız uduzub. Rəqib qapılarına 5 dəfə yol tapdığımız halda qapımızda 16 top görmüşük. Yeganə qələbəmizi isə “Qəbələ” qazanıb. Komandamız 2016/2017-ci il mövsümündə “Lill”i Bakıda 1:0 hesablı məğlubiyyətə uğradıb. Maraqlıdır ki, həmin oyunda qolu hazırda “Qarabağ”ın şərəfini qoruyan Filip Ozobiç vurub.
“Qarabağ” Fransa təmsilçisi ilə ilk dəfə İntertoto kubokunda qarşılaşıb və bu “Monpelye” olub. . Evdə rəqibinə 0:3 hesabı ilə uduzan ağdamlılar səfərdə qapısından 6 top buraxıb.
Ümumilikdə isə “Qarabağ” Fransa komandaları ilə 6 görüş keçirib. 2014-cü ildə qrup mərhələsində “Sent Etyen”ə rəqib olan Qurban Qurbanovun yetirmələri bu görüşlərin heç birində uduzmayıb. Səfərdə 1:1-lik heçe-heçə edən “Qarabağ” evdə qolsuz bərabərliyə razılaşıb.
2015-ci ildə qrup mərhələsində “Monako”ya rəqib olan komandamız Bakıda bu rəqibinə uduzmasa da, səfərdə 0:1 hesablı məğlubiyyətlə razılaşmalı olub.шаблоны для dle 11.2