Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Mahir baş məşqçisi ilə görüşdü - “Legiya”da qalır?

Baxılıb: 364     Tarix: 19-12-2021 14:19   

“Legiya”nın baş məşqçisi Aleksandr Vukoviç komandanın azərbaycanlı hücumçusu Mahir Emreli ilə görüşüb.
Qanuvehedef.az Polşa mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis azarkeşlərin hücumu nəticəsində xəsarət alan millimizin üzvü ilə baş verənlər haqda danışıb.
Vukoviç “Legiya”dan ayrılmaq istəyən Emreliyə komandada qalmalı olduğunu bildirib. Baş məşqçi hücumçuya bildirib ki, komandanın ona ehtiyacı var. Mahir isə bu barədə yekun qərarı vermədiyini qeyd edib.
Ancaq “Meczyki” nəşri iddia edir ki, bu görüş futbolçuya yaxşı təsir edib və 25 yaşlı hücumçu ən azı mövsümün sonuna qədər “Legiya”da qalacaq.
Həmçinin, futbolçunun ailəsinin də məsələyə qarışdığını və onların Emreliyə görə narahat olduqlarını bildirdikləri qeyd olunub.
Xatırladaq ki, “Legiya” fanatları Ekstraklasanın 18-ci turunda “Visla”ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır.
Qeyd edək ki, Polşa mətbuatı Macarıstanın “MOL Fehervar” klubunun Mahirlə maraqlandığını, hətta onun üçün “Legiya”ya 1 milyon avro ödəməyə hazır olduğunu yazıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar