Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Fransalı futbolçu "Neftçi" ilə vidalaşıb

Baxılıb: 477     Tarix: 02-01-2022 15:56   

"İlk növbədə mənə Avropanın nüfuzlu yarışlarında iştirak etmək imkanı verən keçmiş klubum "Neftçi"yə təşəkkür edirəm".
"Report"un məlumatına görə, bunu "Neftçi"dən ayrılaraq Fransa "Şatoru"suna keçən Romen Bask şəxsi instaqram hesabında yazıb.
26 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"dakı karyerasının qısa, lakin təcrübə baxımından zəngin olduğunu bildirib: "Fürsətdən istifadə edib hər zaman bizə dəstək olan "Neftçi" azarkeşlərini salamlayıram və onlara uğurlar arzulayıram. "Şatoru" ilə müqavilə imzaladığımız üçün qürur duyuram. Yeni çağırışa başlamağı səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Romen Bask "Neftçi"yə cari mövsümün əvvəlində ölkəsinin "Havr" klubundan keçmişdi. Paytaxt təmsilçisinin heyətində 12 oyun keçirən fransalı oyunçu "Şatoru" ilə 3 illik müqavilə imzalayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar