Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan millisinin oyunları azarkeşsiz keçirilə bilər

Baxılıb: 518     Tarix: 02-01-2022 15:31   

Niderlandda keçirilməsi planlaşdırılan futzal üzrə Avropa çempionatının oyunları azarkeşsiz baş tuta bilər.
Qanunvehedef.az "Vesti.kz" saytına istinadən xəbər verir ki, fanatların yarış zamanı tribunalara buraxılmama ehtimalı böyükdür.
Qərar ölkədə koronavirusun omikron ştamının yayılma riskinin yüksək olması və karantin rejiminin tətbiqi ilə əlaqədardır. Qitə çempionatının təxirə salınması da istisna olunmur. Turnirlə bağlı yekun qərar yanvarın 10-dək bəlli olacaq.
Qeyd edək ki, Avropa çempionatına Azərbaycan millisi də qatılacaq. Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək.шаблоны для dle 11.2