Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şimali Koreya Olimpiya Oyunlarında iştirak etməyəcək

Baxılıb: 282     Tarix: 07-01-2022 10:57   

Şimali Koreya Çində keçiriləcək Olimpiya Oyunlarına qatılmaqdan imtina edib.
Qanunvehedef.az Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Şimali Koreyanın Olimpiya Komitəsinin çinli həmkarlarına ünvanladığı məktubda yer alıb.
Bildirilir ki, ölkənin oyunlarda iştirak etməkdən imtina etməsinə səbəb "düşmən qüvvələrin hərəkətləri" və koronavirus pandemiyası olub.
"Bununla belə, möhtəşəm Olimpiya bayramının təşkil edilməsi ilə bağlı çinli yoldaşlarımızın bütün layihələrini tam dəstəkləyəcək", - deyə məktubda vurğulanıb.
Qeyd edək ki, Qış Olimpiya Oyunları fevralın 4-dən 20-nə qədər Pekində keçiriləcək. Çində insan haqlarının pozulması ilə əlaqədar ABŞ, Avstraliya, Kanada və Böyük Britaniya Olimpiya Oyunlarını diplomatik boykot ediblər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar