Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“İlk dəfədir ki, qalmaqallı məsələdə Mahiri dəstəkləyirəm” - Rəşad Sadıqov+Video

Baxılıb: 434     Tarix: 01-02-2022 15:17   

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”dan sabiq komanda yoldaşı Mahir Emreli haqqında danışıb.
Qanunvehedef.az xəbər verir ki, İctimai TV-nin efirində yayımlanan “Bol idman” verilişində qonaq olan R.Sadıqov Azərbaycan millisinin Polşanın “Legiya” klubu ilə yaşadığı problemlərdən söz açıb.
Gənc məşqçi Mahir Emrelinin azarkeşlər tərəfindən hücuma məruz qalmasında Varşava klubunu günahlandırıb.
O, yığmamızın hücumçusuna haqq qazandırdığını bildirib: “İlk dəfədir ki, qalmaqallı məsələdə Mahiri dəstəkləyirəm. Çünki o, haqlı mövqedədir.
“Legiya” azarkeşləri son hücumdan əvvəl bir dəfə də klubun avtobusuna girib və komandanı hədələyiblər. Uğursuz nəticələrə görə futbolçulara xəbərdarlıq ediblər.
Amma bundan sonra klub təhlükəsizlik üçün heç bir şey etməyib. Onun atdığı addımı dəstəkləyirəm”.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar