Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ərdoğanı təhqir edən idmançının lisenziyası ləğv edildi

Baxılıb: 276     Tarix: 08-02-2022 12:11   

Türkiyəli keçmiş üzgüçü Dərya Büyükuncunun milli idmançı lisenziyası ləğv ediləcək.
Qanunvehedef.az xəbər verir ki, buna səbəb idmançının koronavirusa yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan haqqında təhqir dolu paylaşım etməsidir.
Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu sabiq üzgüçünün cəzalandırılmasına lisenziyanın ləğvi ilə başlanıldığını bildirib.
İstanbul Baş Prokurorluğu Dərya Büyükuncu haqqında saxlanılma qərarı çıxarıb.
Qeyd edək ki, Dərya Büyükuncu dünya və Avropa çempionatının bürünc mükafatçısıdır. O, 4 dəfə FİNA Dünya Kubokunun qalibi olub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar