Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Aqil Məmmədov yenidən əməliyyat olundu

Baxılıb: 288     Tarix: 24-02-2022 14:54   

“Neftçi”nin qapıçısı Aqil Məmmədov dizindən əməliyyat olunub.
Qanunvehedef.az klubun saytına istinadən xəbər verir ki, komandanın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında əməliyyatın uğurlu alındığını bildirib:
“Aqil noyabr ayında zədələnəndən sonra müalicə olunmuşdu. Lakin dekabrda ağrılar başladığına və şişmə olduğuna görə Bakıda əməliyyat olundu. Bununla belə, əməliyyatdan sonra diz oynağında ağrılar tam keçmədiyinə və şişkinlik davam etdiyinə görə Türkiyəyə – “Acıbadəm” klinikasına göndərildi. Orada Professor Doktor Sinan Karaoğlu, Doktor Bertan Cengiz və Doktor Mehmet Çavuşun həyata keçirdiyi əməliyyatla təkrar olaraq diz oynağına girildi, yara nahiyəsi işlənildi. Artıq əməliyyatdan sonrakı ikinci gündür və hazırda vəziyyəti yaxşıdır, müalicəsi davam edir. Aqilin təxminən iki aydan sonra fərdi hərəkətlərə başlaması planlaşdırılır”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar