Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Qarabağ” birbaşa Almaniyaya getməyəcək

Baxılıb: 459     Tarix: 05-09-2022 09:49   

Avropa Liqasının qrup mərhələsində “Frayburq”la qarşılaşacaq “Qarabağ” sabah saat 17:00-da səfərə yola düşəcək. 
Qanunvehedef.az xəbər verir ki, Frayburq şəhərində hava limanı olmadığı uçün Ağdam təmsilçisini aparacaq təyyarə 5 saatlıq uçuşdan sonra əvvəlcə İsveçrənin Bazel şəhərinə eniş edəcək. Oradan isə komanda 60 kilometr məsafədə yerləşən Frayburqa yola düşəcək.
Sentyabrın 7-də yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə saat 21:40) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.
“Frayburq”la matç sentyabrın 8-də keçiriləcək. Ağdam klubu Bakıya sentyabrın 9-da qayıdacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar