Xəbər lenti
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
11/09/2026 [13:27]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Daha 2 güləşçimiz dünya çempionatında mübarizəyə başlayır

Baxılıb: 565     Tarix: 14-09-2022 11:59   

Serbiyanın paytaxtı Belqraddakı güləş dünya çempionatı davam edir
Qanunvehedef.az xəbər verir ki, Azərbaycanın daha 2 qadın güləşçisi bu gün mübarizəyə başlayacaq. Jalə Əliyeva (57 kq) 1/8 finalda Culiya Oliveyra (Braziliya) ilə üz-üzə gələcək. Alyona Kolesnik (59 kq) 1/4 finalda Ebru Dağbaşı (Türkiyə) / Sakura Motoki cütünün qalibi ilə güləşəcək.
Leyla Qurbanova (53 kq) və Elis Manolova (65 kq) təsəlliverici qarşılaşmada iştirak edəcək. Qurbanova Vineş Vineş (Hindistan) / Juldiz Eşimova (Qazaxıstan) duelinin güclüsü ilə, Manolova isə Aslı Demirlə (Türkiyə) qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar