Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İtaliya futbolunda 67 il idi belə hal olmurdu

Baxılıb: 504     Tarix: 20-09-2022 09:11   

Futbol üzrə İtaliya A Seriyasının 7-ci turu nəhənglərin məğlubiyyəti ilə əlamətdar olub.
Qanunvehedef.az xəbər verir ki, “Yuventus”un səfərdə “Montsa”ya (0:1), “İnter” isə “Udineze”yə (1:3) uduzduğu turda, “Milan”la “Roma” da müvafiq olaraq “Napoli” (1:2) və “Atalanta” (0:1) ilə ev oyunlarından məğlub ayrılıb.
Hesabat turunda baş tutan bu oyunların nəticəsi 67 il sonra gələn bir ilki rəsmiləşdirib. Belə ki, İtaliyanın 4 böyük klubunun eyni gündə məğlub olmasına sonuncu dəfə məhz 67 il öncə rast gəlinmişdi. Bu, 1955-ci ilin 13 fevralında qeydə alınmışdı.
Qeyd edək ki, A Seriyasında 7 turdan sonra 17 xala malik “Napoli” və “Atalanta” zirvəyə şərikdirlər. “Udineze” 16 xalla üçüncü pillədə qərarlaşıb. “Latsio” və “Milan”ın 14, “Roma”nın 13, “İnter”in 12, “Yuventus”la “Torino”nun 10 xalı var.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar