Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Neftçi”nin baş məşqçisi Rumıniya yığmasında?

Baxılıb: 707     Tarix: 27-09-2022 10:56   

Hazırda “Neftçi”yə rəhbərlik edən Laurentsiu Regekampf Rumıniya millisinin baş məşqçisi ola bilər.
Qanunvehedef.az xəbər verir ki, 47 yaşlı mütəxəssis Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanunun namizədləri siyahısındadır.
Bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Xəbərdə bildirilir ki, yığmanın hazırkı baş məşqçisi Edvard İordanesku istefaya göndərilsə, komanda 5 mütəxəssisdən birinə tapşırılacaq. Regekampfla yanaşı, George Haci, Viktor Pitsurka, Kosmin Oleroyu və Dan Petresku da bu posta namizəddir.
Mövsümün əvvəlində “Neftçi” ilə müqavilə imzalayan Laurentsiu Regekampfın klubla müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar