Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Maksim Medvedev Canni De Byaziyə niyə etiraz edib? - Video

Baxılıb: 601     Tarix: 04-10-2022 10:19   

“Qarabağ”ın kapitanı Maksim Medvedev İTV-də yayımlanan “Bol İdman” verilişinin qonağı olub.
Qanunvehedef.az xəbər verir ki, təcrübəli müdafiəçi Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə dialoqundan söz açıb: “Oyunların birindən sonra Canni De Byazi ilə matçı müzakirə edirdik. Ona dedim ki, həftə ərzində bir taktika üzərində işləyirik, eksperiment aparırmış kimi, oyuna 1-2 gün qalmış onu dəyişirsən. Oyunçular da hara qaçacağını, hara açılacağını bilmir. Çünki əziyyət çəkən bizik. Yəni, aramızda xoş olmayan söhbətlər yaşandı”.
Maksim Azərbaycan millisinə öz namizədinin sabiq komanda yoldaşı, hazırda “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov olduğunu da deyib: “Milli komandamızın baş məşqçi postuna ən yaxın namizəd Rəşad Sadıqovdur. Onu baş məşqçi postuna təyin edib, öz komandasını qurmaq üçün 3-4 il də vaxt versələr... Ondan sonra nəticənin necə olacağını görərik”.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar