Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qurban Qurbanov gecikən futbolçuya nə deyib?

Baxılıb: 624     Tarix: 06-10-2022 12:15   

“Qarabağ”ın və “Olimpiakos”un sabiq yarımmüdafiəçisi Çumbinyo bu komandalar arasında Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək oyundan danışıb.
Qanunvehedef.az xəbər verir ki, o, həmçinin Azərbaycan təmsilçisində keçirdiyi günləri xatırlayıb:
“Azərbaycanda yaxşı günlərim olub və “Qarabağ”la bağlı pozitiv xatirələrim var. Bakını çox bəyənirdim. “Qarabağ”ı “Olimpiakos”dan daha yaxşı tanıyıram, çünki 3 il orada oynamışam. Onların düşdüyü qrup çox çətindir. “Qarabağ”ın növbəti mərhələyə şans qazanmaq ehtimalı yüksəkdir”.
Braziliyalı futbolçu “Qarabağ”da başına gələn maraqlı əhvalatı danışıb: “Bu, avrokubok oyunu üçün Avstriyada olanda baş verib. O vaxt biz həmişə səfər oyunlarına 3 gün tez gedirdik. Bütün komanda avtobusun içində idi və biz gecikən oyunçunu gözləyirdik. Gecikməsinə baxmayaraq, böyük bir təbəssümlə gəldi... Lakin bu, uzun sürmədi. Məşqçi ona dedi ki, sən xoşbəxt ola bilərsən, amma mütləq oynamayacaqsan. Sən skamyada olacaqsan, buna görə də səfərdən həzz al”.
Xatırladaq ki, bu gün “Georgios Karaiskakis” stadionunda oynanılacaq “Olimpiakos” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. шаблоны для dle 11.2



buy yes2win seo ranking