Xəbər lenti
22/12/2025 [14:56]
Yusif Güney saxlanıldı
22/12/2025 [12:30]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

UEFA Azərbaycanın 7 klubuna ödəniş edib

Baxılıb: 581     Tarix: 06-10-2022 16:46   

 UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba ümumilikdə 519578 avro ödəniş edib.
Qanunvehedef.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məbləğlər 2020/2021 mövsümündə həmin komandaların oyunçularının Millətlər Liqası turnirindəki iştirakına görə verilib.
Avropa futbol qurumundan ayrılmış müvafiq maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
"Qarabağ"a 157337 avro, "Sabah"a 106111 avro, "Sumqayıt"a 98793 avro, "Şamaxı"ya 73180 avro, "Neftçi"yə 58544 avro, "Zirə"yə 21954 avro, "Səbail"ə isə 3659 avro ödənilib.

 



Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.


“ 





{sape_links}{sape_article}