Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Qadın güləşçilərimiz mübarizəyə başlayır

Baxılıb: 753     Tarix: 19-10-2022 11:01   

Bu gün Azərbaycanın üç qadın güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayacaq.
Qanunvehedef.az xəbər verir ki, Şəhanə Nəzərova (55 kq) 1/8 final mərhələsində Yui Susaki (Yaponiya) ilə, Elnurə Məmmədova (55 kq) təsnifatda Andrea Beatrislə (Moldova), Jalə Əliyeva (59 kq) 1/8 finalda Mansi Mansi (Hindistan) ilə üz-üzə gələcək.
Bu gün həmçinin yunan-Roma güləşçilərindən Nihat Məmmədli (60 kq) və Qurban Qurbanov (72 kq) final görüşlərinə çıxacaq. Onlar qızıl medal uğrunda müvafiq olaraq Kerem Kamal (Türkiyə) və Pavel Puklavetslə (Serbiya) güləşəcəklər.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) gümüş medal qazanıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar