Xəbər lenti
22/12/2025 [14:56]
Yusif Güney saxlanıldı
22/12/2025 [12:30]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

“Futbolda ayıq və təvazökar olmaq lazımdır” - “Nant”ın baş məşqçisi

Baxılıb: 600     Tarix: 28-10-2022 09:01   

Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Qanunvehedef.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolda ayıq və təvazökar olmaq lazımdır. Biz hələ qara zolaqdan tam çıxmamışıq. Mənim üçün yaxşı nəticə ardıcıl 5-6 oyunda qələbə qazanmaqdır. Artıq 3 belə matçımız var. Deməli, nəsə başlayır, başımızı sudan çıxarırıq. İnanıram ki, “Qarabağ” üzərində qələbə dönüş nöqtəsi olacaq”.
Onun sözlərinə görə, qapıçı Alban Lyafonun seyvləri komandasına qələbə qazandırıb: “Həmçinin İqnatius Qanaqonun qolu, daha əvvəl rəqib qapıçının oyunçumuza ötürməsini qeyd etməliyik. Bu istiqamətdə irəliləməyə davam etmək lazımdır”.



{sape_links}{sape_article}