Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Baxılıb: 565     Tarix: 17-11-2022 10:53   

Azərbaycan taekvondoçusu Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, kişilərin yarışında 68 kq çəki dərəcəsində çıxış edən Cavad Ağayev ilk olaraq təsnifat mərhələsində Tayland təmsilçisi Çayçon Ço ilə üz-üzə gəlib.
Ağayev növbəti mərhələdə polşalı Mateus Şesnovskini yolundan kənarlaşdırıb.
Azərbaycan təmsilçisi 1/8 finalda özbək Uluqbek Raşitov, 1/4 finalda isə iordaniyalı Zaid Mustafadan üstün olub.
Yarımfinalda cənubi koreyalı Kvon Doyun ilə üz-üzə gələn Cavad Ağayev ilk raundda qələbə qazansa da, sonrakı iki raundda məğlub olaraq bürünc medalla kifayətlənməli olub.
Qadınların yarışında isə 49 kq çəki dərəcəsində mübarizə aparan Patimat Abakarova təsnifat mərhələsində yunanıstanlı Anastasia Kokosidən üstün olub.
"Rio-2016" Olimpiya Oyunlarının bürünc mükafatçısı növbəti – 1/16 final mərhələsində israilli Avişaq Semberqə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, daha əvvəl mübarizəyə qoşulan Taleh Süleymanov (87 kq) ilk qarşılaşmasında Serbiyanı təmsil edən Mehdi Khodabakhshiyə uduzub.

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking