Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Neymar topuğundan zədələnib

Baxılıb: 763     Tarix: 25-11-2022 10:46   

Braziliyalı futbolçu Neymar Serbiya ilə dünya çempionatının qrup mərhələsinin ilk tur matçında topuq nahiyəsindən zədə alıb.
Qanunvehedef.az "Report"a istinadən xəbər verir ki, bunu Braziliyanın "Globo Esporte" portalına Braziliya millisinin həkimi Rodriqo Lesmar bildirib.
Görüş braziliyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Neymar matçın 79-cu dəqiqəsində əvəzlənib.
"Neymarın sağ topuğu burulub. Onda şiş yaranıb, biz dərhal ehtiyat oyunçular skamyasında müalicəyə başladıq. İndi daha aydın məlumat əldə etmək üçün 24-48 saat gözləməliyik", - Lesmar deyib.
Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin ikinci turunda Braziliya yığması noyabrın 28-də İsveçrə yığması ilə qarşılaşacaq.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar