Xəbər lenti
11/09/2026 [13:27]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Amerikalı jurnalist Qətərdə öldürülüb?

Baxılıb: 622     Tarix: 12-12-2022 12:49   

İngiltərəli jurnalist Coş Qlansi dünya çempionatının dünya çempionatının 1/4 finalında Argentina – Niderland matçı zamanı ölən amerikalı həmkarı Qrant Vahl haqda danışıb.
Qanunvehedef.az xəbər verir ki, matça əlavə olunmuş dəqiqələrdə Vahl huşunu itirib və xəstəxanaya çatdırıldıqdan sonra vəfat edib.
Coş isə Vahlın ölüm səbəbini defibrilatorun olmaması ilə əlaqələndirib: “Niyə defibrilator yox idi? Bu, bir-birimizə verdiyimiz sual idi, çünki həkimlərin Qrantı özünə gətirmək üçün bütün cəhdləri nəticə vermədi.
49 yaşlı jurnalistin qardaşı isə onun səhhətində problem olmadığını bildirib.
Həmçinin o qeyd edib ki, Vahl Qətərdə keçirilən mundialdan problemləri yazdığı üçün təhdid alıb və bu səbəbdən öldürülüb.
Xatırladaq ki, Qrant Vahl ABŞ – Uels oyunundan əvvəl üzərində göy qurşağı rənglərində bayraq olan köynək geyindiyi üçün uzun müddət stadiona daxil ola bilməyib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar