Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Formula-1”in bilet qiymətləri açıqlandı

Baxılıb: 516     Tarix: 15-12-2022 11:53   

2023-cü il “Formula-1” Azərbaycan Qran-Prisi üçün bilet satışına başlanılıb. 
Qanunvehedef.az xəbər verir ki, 7-ci dəfə Bakıda keçiriləcək yarış üçün “early bird” erkən bilet satışına start verib. Yanvarın 15-nə qədər bilet alanlar 20 faiz endirimdən yararlanacaqlar.
Biletlər “28 Mall”, “Gənclik Mall”, Heydər Əliyev Sarayı, “Kiosk 1” (Azərbaycan kinoteatrı), “Kiosk 2” (Nizami küçəsi), həmçinin 1, 2, 3 və 4 saylı “ASAN Xidmət” mərkəzlərində satılacaq.
Bakı Şəhər Halqasının Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmaliyev bilet satışı ilə bağlı qiymətləri açıqlayıb: “Azərbaycanlılar və ölkəmizin rezidentləri Bakı yarışına biletləri beynəlxalq qiymətlərlə müqayisədə 2 dəfəyədək sərfəli qiymətlərlə əldə edə biləcək. Bu il daha çox yerli azarkeşin “Formula-1” yarışlarını izləməsi və Dənizkənarı Milli Parkda əyləncələrə qoşulması üçün erkən bilet satışı dövründə ayaqüstü biletlər 40 AZN-dən 120 AZN-dək, tribuna biletləri 160 AZN-dən 690 AZN-dək, azyaşlılar üçün isə 110 AZN-dən 480 AZN-dək qiymət aralığında təklif ediləcək”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar