Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

"Qarabağ"dan Britaniya səfirinə cavab: "Gəlin, şərtləri razılaşdıraq" - FOTO

Baxılıb: 643     Tarix: 13-03-2023 10:46   

"Qarabag" Futbol Klubu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldun və səfirliyin əməkdaşlarının komandaya üzv kimi qəbul edilməsi təklifinə zarafatla cavab verib.
"Qarabağ" bu barədə tvitter hesabında paylaşım edib: "Böyük məmnuniyyətlə! (sizi üzv kimi qəbul edərik- red.) Qapılarımız üzünüzə açıqdır. İstədiyiniz zaman gəlin, müqavilə şərtlərini razılaşdıraq. Bizim üçün şərəf olar".
Qeyd edək ki, daha əvvəl Fergus Auld tvitterdəki hesabında səfirliyin əməkdaşlarının futbol oyununun fotolarını paylaşıb.
"Bu gün səfirliyin əməkdaşları ilə futbol oynadıq. Həm işdən ayrılan əməkdaşlarımız ilə sağollaşdıq, həm də həyatımıza idman qatdıq.
"Qarabag" Futbol Klubu, bizi üzv kimi qəbul edərsiniz?", - səfir kluba xitabən yazıb./BAKU.WS



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar