Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan çempionatının 19-cu mükafatçısı

Baxılıb: 555     Tarix: 03-04-2023 10:51   

Azərbaycan Premyer Liqasının ikinci mükafatçısı bəlli olub.
Qanunvehedef.az xəbər verir ki, ilk “üçlük”də yerini təmin edən “Qarabağ”ın ardınca, 28-ci turda “Sabah”ın da mükafatçılar sırasında yer alacağı dəqiqləşib.
“Qəbələ” ilə dünənki görüşdəki 3:2 hesablı qələbə ilə Murad Musayevin komandası tarixinin ilk medalını təmin edib.
Bakı klubu ölkə çempionatları tarixində mükafatçılar sırasına düşən 19-cu komandadır. 1992-ci ildən təşkil olunan yarışda bunadək 18 iştirakçı “üçlüy”ə düşüb.
“Neftçi” hamıdan çox – 20 dəfə bunu bacarıb. “Qarabağ” 17-ci medalını təmin edib. “Şamaxı” 9, “Kəpəz” 6, “Bakı”, “Şəmkir”, “Qəbələ” 5, “Xəzər Lənkəran”, “Turan” 4, Sumqayıt “Xəzər”i, “Xəzri”, “Karvan”, “Zirə” 2 dəfə medalçılar sırasında yer alıb. “Sabah”a qədər daha beş komandanın bir uğuru var. Bunlar “Şüvəlan”, “Simurq”, “Viləş”, “Səbail” və “Sumqayıt”dır.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar