Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan çempionatları tarixinin ən uzun məğlubiyyətsiz seriyaları

Baxılıb: 624     Tarix: 17-04-2023 11:46   

Futbol üzrə Azərbaycan çempionatları tarixində ən uzun məğlubiyyətsiz seriyalar açıqlanıb.
Qanunvehedef.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ötən gün "Qarabağ"ın 49 matçlıq seriyası qırılıb.
XXX turda "Sabah"a 1:2 hesabı ilə uduzan "köhlən atlar" 1997/1998 mövsümündə yenilmədən çempionluq sevinci yaşayan "Kəpəz"in rekordunu təkrarlaya bilməyib.
Mövsümdə ilk dəfə məğlub olan Ağdam təmsilçisi Premyer Liqada 49 oyundan sonra xalsız qalıb.
Bu 49 matçlıq seriya Azərbaycan çempionatları tarixinin mütləq rekordudur. Yarışda 6 dəfə bir komanda 25-dən artıq görüşdə 3 xal əldə edib.
Ən uzun məğlubiyyətsiz seriyalar:
1. “Qarabağ” – 49 (2021-23)
2. “Qarabağ” – 31 (2018-19)
3. “Kəpəz” – 28 (1997-98)
4. “Turan” – 27 (1992-93)
5-6. “Şəmkir” – 26 (2000-01)
“Neftçi” – 26 (2003-04)
Bu qarşılaşmada həm də “Sabah”ın “Qarabağ”la matçlarda ilk qələbəsi qeydə alınıb. Əvvəlki 18 oyunda 6 heç-heçə və 12 məğlubiyyəti olan bakılılar uğursuz seriyanı 19-cu dueldə qırıb.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar