Xəbər lenti
17/06/2025 [14:49]
TƏŞƏKKÜRNAMƏ
17/06/2025 [11:28]
Bu ərazidə QAZ OMAYACAQ
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Qurban Qurbanov dünyaya səs salan hərəkətinə görə mükafatlandırıldı

Baxılıb: 608     Tarix: 24-05-2023 10:58   

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Beynəlxalq Ədalətli Oyunlar Komitəsi ("International Fair Play Committee" - CIFP) Şurası tərəfindən yüksək mükafata - 2022-ci ildə idman dünyasında və ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərinin tanınmasına görə "Jean Borotra - Karyera" kateqoriyasında Dünya Feyr-pley Diplomuna layiq görülüb.
Qanunvehedef.az oxu.az-a istinadən xəbər verir ki, bu mükafat ona 2022-ci ilin 24 fevralında UEFA Konfrans Liqasının 1/16 final mərhələsində "Marsel"lə matçda dünyaya səs salan ədalətli jestinə görə verilib.
Ötən ilin yekunlarına görə, "Jean Borotra World Fair Play Career" mükafatına dünyadan cəmi dörd nəfər layiq görülüb - azərbaycanlı Qurban Qurbanov, amerikalı Katrin Svitzer, italiyalı Marko Kalamay və macar Antal Dunay.
Qeyd edək ki, Qurbanova bu mükafat Azərbaycan idman Jurnalistləri Assosiasiyasının təqdimatı əsasında verilib.
Xatırladaq ki, "Marsel"lə sözügedən oyunda "Qarabağ"ın futbolçusu İbrahima Vadji fərqlənsə də, Qurban Qurbanov müdaxilə edərək qolun əllə vurulduğunu bildirib. Bundan sonra hakimlər qolu ləğv ediblər.шаблоны для dle 11.2