Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Çempionlar Liqası: Bu gün "Qarabağ"ın rəqibi müəyyənləşəcək

Baxılıb: 610     Tarix: 20-06-2023 10:54   

Bu gün UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün I təsnifat mərhələsinin püşkü atılacaq.
Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək "Qarabağ"ın da ilk rəqibi bəlli olacaq. Mərhələnin ən yüksək reytinqli ikinci komandası olan Ağdam təmsilçisi püşkatma zamanı səpələnmişlər sırasında yer alacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər: "Ferentsvaroş" (Macarıstan), "Qarabağ" (Azərbaycan), "Slovan" (Slovakiya), "Ludoqorets" (Bolqarıstan), "Şerif" (Moldova), BATE (Belarus), "Astana" (Qazaxıstan), "Makkabi" (Hayfa, İsrail), "Jalgiris" (Litva), HIK (Finlandiya), "Flora" (Estoniya), "Şemrok Rovers" (İrlandiya), TNS (Uels), "Olimpiya" (Sloveniya), "Zrinski" (Bosniya və Herseqovina).
Səpələnməmişlər: "Linkoln" (Cəbəllütariq), "Klaksvik" (Farer adaları), İlkin mərhələnin qalibi, "Dinamo" (Tbilisi, Gürcüstan), "Rakuv" (Polşa), "Partizani" (Albaniya), "Haken" (İsveç), "Farul" (Rumıniya), "Valmieras" (Latviya), "Ballkani" (Kosovo), "Larne" (Şimali İrlandiya), "Urartu" (Ermənistan), "Hamrun" (Malta), "Hesperange" (Lüksemburq), "Struga" (Şimali Makedoniya).
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək./BAKU.WS

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar