Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

“Neftçi” Laurentsiu Regekampfı göndərdi

Baxılıb: 732     Tarix: 21-06-2023 14:35   

“Neftçi” Müşahidə Şurasının qərarı ilə əsas komandanın baş məşqçisi Laurentsiu Regekampf, köməkçi məşqçilər – Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qanunvehedef.az xəbər verir ki, göstərdikləri xidmətə görə baş məşqçi və köməkçilərinə təşəkkür edilib, gələcək işlərində uğurlar arzulanıb. Yeni baş məşqçi haqqında ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, “Neftçi”nin baş məşqçisi postuna əsas namizəd türkiyəli futbol mütəxəssisi Sergen Yalçındır.
Xatırladaq ki, 2022-ci ilin iyunundan “Neftçi”ni çalışdıran Laurentsiu Regekampf 2022/23 mövsümündə “ağ-qaralar”la Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalçısı olub. “Neftçi” rumıniyalı mütəxəssisin rəhbərliyi altında 45 rəsmi oyun keçirib. Bu matçlardan 24-ü flaqmanın qələbəsi, 8-i heç-heçə, 13-ü isə məğlubiyyətlə başa çatıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar