Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

"Neftçi"nin oyununa böyük maraq: Biletlərin yarısı satılıb

Baxılıb: 564     Tarix: 31-07-2023 12:38   

UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Neftçi" - "Jelezniçar" (Bosniya və Herseqovina) matçına maraq böyükdür.
Qanunvehedef.az oxu.az-a istinadən xəbər verir ki, "Bakcell Arena"da keçiriləcək görüş üçün satışa çıxarılan səkkiz min biletin artıq yarısı - dörd mini sahibini tapıb. Oyun gününə qədər bütün biletlərin satılacağı gözlənilir.
"Neftçi"nin səfər oyununun son dəqiqələrində vurduğu qolla 2:2 heç-heçə etməsi komandanın şanslarını artırıb. Bu, azarkeşlərin cavab oyunu öncəsi daha da ümidlənmələrinə səbəb olub.
Qeyd edək ki, avqustun 3-də keçiriləcək "Neftçi" - "Jelezniçar" qarşılaşması saat 21:00-da start götürəcək.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar