Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

UEFA Avropa Liqası: "Qarabağ" - "Olimpiya" oyunu azarkeş sayına görə ikinci olub

Baxılıb: 492     Tarix: 02-09-2023 10:46   

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.
Qanunvehedef.az report-a istinadən xəbər verir ki, "Qarabağ"ın Bakıda Sloveniya "Olimpiya"sı ilə heç-heçə (1:1) etdiyi qarşılaşma bu göstəricidə ikincidir.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda 27 354 tərəfdar olub.
Ən çox tamaşaçı isə "Ayaks" (Niderland) - "Ludoqorets" (Bolqarıstan) görüşündə qeydə alınıb. Amsterdamda gerçəkləşən dueldə 50 900 nəfər tribunada əyləşib.
Qeyd edək ki, səfərdə "Olimpiya"nı iki cavabsız qolla üstələyən "Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. Komanda H qrupunda Almaniyanın "Bayer 04", Norveçin "Molde" və İsveçin "Hakken" klubları ilə mübarizə aparacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar