Xəbər lenti
04/09/2026 [14:38]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Hacı Əliyev mübarizəyə qoşulur, 3 güləşçimiz medal görüşünə çıxır

Baxılıb: 694     Tarix: 18-09-2023 10:52   

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatı davam edir.
Qanunvehedef.az xəbər verir ki, bu gün Azərbaycanın daha iki sərbəst güləşçisi mübarizəyə başlayacaq.
Üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev (65 kq) təsnifat mərhələsində Çin təmsilçisi Şauhua Yuanla üz-üzə gələcək.
Maqomedxan Maqomedov (97 kq) 1/16 finalda serbiyalı Strahinya Despiçlə qarşılaşac
aq.

Qadın güləşçilərdən isə Alyona Kolesnik (59 kq) 1/8 finalda Bolortuya Xurelxuu (Monqolustan)/Kristina Sazikina (Belarus, neytral status) cütünün qalibi ilə görüşək.

Bu gün həmçinin daha üç sərbəst güləşçi medal qarşılaşmasına çıxacaq. Osman Nurmaqomedov (92 kq) finalda qazaxıstanlı Rizabek Aytmuxanla güləşəcək. Turan Bayramov (74 kq) və Orxan Abbasov (79 kq) bürünc medal uğrunda güləşəcəklər. Onların rəqibləri təsəlliverici duellərdən sonra bəlli olacaq. Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edə bilər.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.







Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar