Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

AFFA-dan Samir Abasova ağır cəza

Baxılıb: 741     Tarix: 19-09-2023 13:47   

AFFA İntizam Komitəsi “Sumqayıt”ın baş məşqçisi Samir Abasovu ikisi şərti olmaqla beş oyunluq cəzalandırıb.
Qanunvehedef.az xəbər verir ki, buna mütəxəssisin “Zirə”yə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın VI turunun matçında hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq texniki zonadan kənarlaşdırılması səbəb olub.
Abasova üç ay sınaq müddəti təyin edilib. “Gənclik şəhəri” təmsilçisi isə buna görə 4000 manat ödəməli olacaq.
Bundan əlavə, qonaqların azarkeşləri meydana kənar əşyalar atdığı üçün “Sumqayıt” əlavə 800 manat cərimələnib.
Komitə “Zirə” fanatlarının da eyni hərəkətinə görə paytaxt klubuna 800 manat cərimə kəsib. "Qartallar"ın futbolçusu Pyer Zebli birbaşa qırmızı vərəqə aldığı üçün iki oyunluq cəza alıb, klub isə 1500 manat cərimələnib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar